Sosial Mediada Biz

Facebook

Yetişkin insanların üstünlük verdiyi ən yaxşı Facebook hesabı. Facebook vasitəsilə bizimlə əlaqə.

Instagram

Gənc nəslin hər zaman yenilik axtardığı ən yaxşı İnstagram hesabı. İnstagram vasitəsilə bizimlə əlaqə.

Linkedin

Biznesmenlərin çoxluq təşkil etdiyi ən yaxşı Linkedin hesabı. Linkedin vasitəsilə bizimlə əlaqə.

Biz Kimik?

Tez-Sat  reklam agentliyi olaraq əcnəbi reklam istehsallarının ölkə mediyasında hökmranlıq dövrünü qapadıb, yerli və keyfiyyətli reklamlar yaratmağa və yayımlamağa gəldik.
 

Hal-hazırda Azərbaycanda bir çox markaların ən böyük problemləri başqa ölkələrdə çəkilmiş reklamları öz dilimizə tərcümə etdirərək yayımlamaqdır. Lakin başqa ölkədə hazırlanan reklam çarxları sırf həmin ölkənin istehlakçılarına xitab etdiyi üçün yerli istehlakçılara bir o qədər də doğma gəlmir və reklam uğurlu olmur. 

Şübhəsiz ki, günü-gündən qloballaşıb inkişaf edən dünyamızda fərq yaratmaq heç də asan deyil. Lakin Tez-Sat Reklam Agentliyi olaraq biz fərqliliklər yaratmaq üçün bir yerə toplaşan yaradıcı və enerjik bir komandayıq. 

Bir markanı daha irəli götürə bilmək üçün biz özümüzü reklam verənin yerinə deyil, istehlakçıların yerinə qoyuruq. Yeni nəsil istehlakçıların isə köhnə nəsilə nisbətən fərqliliklərə daha açıq və yalançı reklamlara qarşı olduqlarını çox gözəl bilirik. Buna görə hər zaman daha yaradıcı və fərqli reklam konseptlərini kütlə qarşısına çıxarır və markaya uğura gedən yolda rəhbərlik edirik.

Biz Tez-Sat komandası olaraq hər bir markayla adətən iş birliyi etmək yerinə onlarla bir macəraya atılırıq. Çıxdığımız bu macərada biz markamızla onun istehlakçıları arasında bir doğmalıq yaradır, fərqli strategiyalar qurur və yeni istehlakçıların da diqqətini markamızın üzərinə çəkirik.

Yeni bir müştəri qazanmanın ən yaxşı yolu, mövcud müştəriləriniz üçün gələcək müştərilərinizin üzərində təsir yaradacaq reklamlar hazırlamaqdır.

Copyright 2020, Tez-Sat Reklam Agentliyi. Bütün Hüquqlar Qorunur.