Hekayə Hazırlanması

Marka hekayəsi hər bir istehsalçıda(markada) ən vacib hissələrdən biridir.

Artıq bunu hər birimiz bilirik ki, markalar məhsul deyil hekayə satırlar. Hər şəxsin bir hekayəsi olduğu kimi markaların da hekayələri var, olmalıdır. Yaxşı bir marka olmaq üçün anlatmalı bir şeyiniz olmalıdır. Tez-Sat reklam agentliyi olaraq bir çox markaya hekayələr qurmuşuq. Və təbiiki hər biri fərqli və kreativ olmalıdır. Yaxşı markalar alıcı ilə aralarındakı bağı güclü tutmaq üçün ideal və təsir edici hekəyələrə üstünlük verirlər.

Məsələn heç bezmədiyiniz bir musiqi dinləyirsiniz və ya film izləyirsiniz. Bunun belə sevməyinizin nəticəsi gözəl bir hekayəsinin olmasıdır. Tez-Sat reklam agentliyi olaraq markaların hekayələrini belə yaradırıq/qururuq. Hekayənizi oxuyan bir alıcı sizin məhsulunuzu/xidmətinizi alırsa uğurlusunuz.

Hədəf kütlənizlə sizin arasında duyğusal bir bağ və sevgi qurmaq üçün əlimizdən gələnin artığını edirik. Bunu edərkən sadə və təsir edici dildən istifadə edirik. Sadəlik əsas sütun olarkən qısa olmasınada diqqət edirik.

Marka hekayəsi hazırlanması zamanı diqqət olunmalılar.

  • Tez-tez dəyişəcək bir hekayə olmamalı
  • Hisslərə diqqət etməli
  • İlham verməli
  • Motivasiya etkisi yaratmalı
  • Edə bilirsə hərəkətə keçirilməli
  • İnsanların zehnində göz yaddaşlığı yaratmalı
  • Sevgi yarada bilməli
  • Qısa paraqraflardan ibarət olmalı
  • Əlaqəli şəkillərlə dəstəklənməli
  • Yeri gələndə şəxsiləşdirilməli və şəxsi problemlərdən bəhs edilməli
  • İnsani yönlərə diqqətlənməli
  • Ana fikri oxuyucuya buraxmalı
  • Akademik, texnik, və jarqon sözlərdən uzaq durmalı.

Hekayədən uzaqlaşmayın.

Günümüzdə hekayəsini qoruyan və ona sahib çıxan markalar bazarda daha çox yaşayırlar. Bunu unudan markalar isə, yerini digərlərinə buraxırlar. Tez-sat komandasının dünya bazarının araşdırmasına dayanaraq deyə bilərikki son 20 ildə hər şey çox sürətlə dəyişir. Sosial medya istifadəsi günü gündən çətinləşir. Yeni bazarda internet dünyasının ən əsas faktoru yenilik və kreativlik oldu. Bundan istifadə edərək hekayənizi dijital dünyada vacibiyyətə çeviririk.

Hekayənizdə satış olmamalıdır.

Markanızın hər yerində satışdan istifadə oluna bilər. Yox əgər sizi izah edən bir hekayədən bəhs ediriksə səmimi və özünüz olmaq daha məntiqli olacaqdır. Tez-Sat reklam agentliyi olaraq siz dən aldığımız brand book(haqqınızda məlumat) ilə bütün hekayənizi dinləyir, peşəkar mətin yazarlarımızla yenidən qələmə alırıq.

Geçikmədən görüş təyin edək!

Təklif Al

Copyright 2020, Tez-Sat Reklam Agentliyi. Bütün Hüquqlar Qorunur.