Korporativ Şəxsiyyət Dizaynı

Alıcıların sizin markada gördüyü hissə Korporativ Şəxsiyyət Dizaynıdır. Bunu markanızın gələcəyinə olunan bir yatırım kimidə görə bilərsiniz.Burada ən vacib məqam, asanlıqla başa düşülməsi, ifadəliyi, təsirliliyi, ilhamlandırıcılığı və estetikliyə sahib olması, bütövlük təşkil etməsidir. Korporativ Şəxsiyyət Dizaynı Profesyonal komanda ilə ən incə və dəqiq nöqtələrinəcən düşünülməlidir. Sadəcə logo və ya vizitkart deyil. Bunu alıcıların sizin haqda ilk və daimi düşüncəsi kimidə düşünə bilərsiniz.

İnsanların ağlında qalmaq üçün lazım olan ən vacib faktorlardan biri də Korporativ Şəxsiyyət Dizaynıdır. Vizual ünsiyyət burada vacib bir məsələdir. Həm də korporativ şəxsiyyət, sektor ehtiyaclarına görə dəyişə bilər. Belə ki, korporativ şəxsiyyət materialları market üçün fərqli, avtomobil sənayesi üçün fərqli, hər hansısa bir kurs üçün tamamən fərqlidir.

Tərkibi nədir?

  • Qurulumun şəxsiyyətini göstərir
  • Qavrayışı artırır
  • Korporativ imic yaradır
  • Görüş tərzinizi əks etdirir
  • Rəqiblərinizdən önə çıxardır
  • Komanda-işçi sədaqətini artırır
  • Mədəniyyəti təmin edir
  • Komanda intizamını təmin edir


Tez-Sat reklam agentliyi olaraq bütün korporativ şəxsiyyət proseslərinin sonunda korporativ şəxsiyyət bələdçisi kitabçasını hazırlayırıq və bu kitabçada şirkətin dəyişməz konstitusiyası kimi bir çox məqalə və məzmunu dizayn edirik.

Korporativ Şəxsiyyət Dizaynı nəyi əhatə edir?

  • Logo
  • Logo rəng paletrası
  • Qurum fontu
  • Vizitkart
  • Portfolio
  • Sertifikatlar
  • Broşuralat
  • Qurum kataloqları
  • Bayraqlar
  • Təqdimat məhsulları
  • İşçi geyimləri
  • Alət geyimləri
  • Musiqi etkisi
  • Korporativ qoxu
  • Faktura, çatdırılma qeydi və s. Kimi mühasibat sənədləri
  • İşarələr, şəkillər və plakatlar
  • Qurum içi yazışmalar
  • Mail imzası
  • Rəqəmsal materiallar

Və təbii ki sektoruna görə dəyişən bir çox şəxsiyət dizaynlarıda mövcuddur.

Logo dizaynı nə üçün vacibdir?

Bildiyiniz kimi logo markanızın imzasıdır, ən yadda qalan hissəsidir. Buna görədə logo profesyonalca hazırlanmalıdır. Günümüzdəki hər bir markanın logosu var. Bəzi markalar logosunda bir şey canlandırıb, bəziləri hər hansısa bir şeyi ifadə edib, bəziləri isə özlərini ən yaxşı şəkildə izah edə biləcək şəkildə hazırlayıb. Logoda ola biləcək hər bir semvol, işarə və şəkil bu markanın işlərini necə gördüyünü izah edə bilər.
Təsiredici bir logosu olmayan markanın məhsulunun və ya xidmətinində təsir ediciliyi çətinləşəcəkdir.

Təsir edici Logo üçün nələr edilə bilər?

Ən yaxşı şəkildə təsir edici bir logo üçün Tez-Sat komandası xüsusi list hazırlayıb.

  • Rahatlıqla diqqət çəkməli
  • Verilmək istənilən mesaja uyğun rəng qarmoniyası seçilməli(Rəng palitrası)
  • Rahatlıla başa düşülməli
  • Fərqli sahələrdə işlədilə bilməli olmalı(bilbord və s.)
  • Markanın hekayəsini və işini göstərə bilməli
  • Minimal olmalı
  • Taktika olmamalı(Dərindən rəqib analizi edilməlidir)
  • Diqqət çəkməli və diqqəti dağıtmamalı

Təklif Al

Copyright 2020, Tez-Sat Reklam Agentliyi. Bütün Hüquqlar Qorunur.