Marka Adı Hazırlanması

Marka adı hazırlanması bir marka üçün ola biləcək ən vacib xidmətlərdən biridir. Düzgün bir marka adı ilə bazara çıxan həmin marka mübarizəyə bazardakı rəqiblərindən 1-0 daha öndə başlar.

Əlbəttə bir çox markalar yaradılarkən marka sahibləri həmin markaya öz düşünüb tapdığı adı verir. Lakin düzgün marka adını hazırlamaq üçün ilham gəlməyini gözləsəniz bu çox ciddi vaxt itkisinə də səbəb ola bilər. Həmdə çox gözəl bir marka adı o markanın çox uğurlu olacağı anlamına gəlməz. Buna görə də marka adı hazırlanması bir anda ola biləcəyi kimi nisbətən uzun bir müddətə də hazırlana bilər.

Yaxşı Marka Adı Üçün Önəm Göstərdiyimiz Amillər:

  • Hədəf kütlənizin oxuyub asanlıqla anlaya biləcəyi bir ad (cəlbedici)
  • Mümkünsə soyadınız olmasın
  • Bazarda rəqib adlara bənzərliyi olmasın
  • Markanızın yerləşdiyi yer çox önəmlidir Loqonuz harada olacaq? (Notebook, Çanta, Maşın və s.)
  • Maksimum dərəcədə qısa
  • Qulağa yatqın olmalı
  • Mənalı olmağı (Bu çoxda önəmli deyil. Əgər mənası yoxdursa özümüz yeni bir məna yarada bilərik.)
  • Neqativ duyğu yaratmaması
  • Qeydiyyat və veb sayt adının uyğun olması
  • Google axtarışlarında çox bənzər adların olmaması

Çox Bilinən Bir Ad Olmamalı.

XXI əsrdə artıq markalar Google axtarış motoruna görə tədbirlərini almalıdırlar. Buna görə də Google – da çox da indekslənməyən və bilinməyən bir addan istifadə etmək bir marka üçün həmişə üstünlük yaradacaqdır.

Qısaca Marka Adı Üçün Ən Vacib 5 Amil :

  • Texnologiya və İnternetin Dostu Olsun
  • Qısa və Sadə Olsun
  • Kəşfedilməmiş və Sadə Olsun
  • Ağılda Qalıcı Bir Loqo İlə Birləşsin
  • Gördüyünüz İş İlə Bağlı İstehlakçılara Çağırış Etsin.

Təklif Al

Copyright 2020, Tez-Sat Reklam Agentliyi. Bütün Hüquqlar Qorunur.