Marka Yerləşdirmə

Marka yerləşdirmə hədəfləndiyiniz kütləyə digərlərindən fərqli görünmənizdir. Belə deyək bazarda olan məhsulların istehsal standartları, texnologiyaları və içindəkilər demək olar ki, eynidir. Amma fərqli görünməkləri onları bazarda ilk sıralarda tutur. Necə deyərlər yadda qalmaq üçün daha yaxşı yox, daha fərqli olmaq lazımdır. Bir sözlə markaya imic yaratmaq. 
 

Nə etmək lazımdır? Biz nə edirik? Gözəl sualdır.

1.Bazar analizi edildikdən sonra,  şüar, rəng, qablaşdırma və ünsiyyət dili kimi fərqlər müəyyən edilir.
2.Üstünlüklər çatışmamazlıqlar müəyyən edilir.
3.Brendin SWOT təhlili aparılır və yerləşdirmə strategiyası qərara alınır.
4.Hədəf kütləsinin maraq dairəsinin analizi aparılır və buna uyğunda istehlak vərdişləri incələnir
5.Markanın korporativ olaraq istifadə edəcəyi rəng və ahəng palitrası seçilir.
6.Brendin daimi sloqanı müəyyən edilir.
7.Markanın ünsiyyət dili və dizayn dili müəyyən edilir.
 

Ən güclü xüsusiyyətlərinizə fokuslanın.

Markalar həmişə yaratdığı hekayələr ilə bir növ şüuraltımıza həkk olur.Ən güclü tərəfinizi tapıb onu sloqan halına gətirməyiniz bir növ şərtdir. Bu sizin imicinizi təmsil edir. Tez-Sat reklam agentliyi olaraq, markanızda nəyin ən yaxşı olduğuna diqqət yetiririk və onu parlaqlaşdırmağa çalışırıq.
Tanınmış markalara diqqət yetirək.
 
Coca Cola: Həyatın dadı.
Danone: Bundan daha təbii nə ola bilər?
Colgate Total: 12 saat tam qorunma
Snickers: Aclığını yox et!
Tuborg: Əsrdən bəri dəyişməyən ləzzət
Oral-B: Diş həkimlərinin istifadə etdiyi marka
Duracell: 10 qat daha uzun ömürlü.
 
Və bu markaların hamısı bu qavrayışı qorumaq üçün ünsiyyətlərini bu istiqamətdə edir. Brendiniz üçün ən yaxşı olduğun sahəni tapmalı və müvafiq olaraq istehlakçının düşüncəsində olmalısınız.
 
 

Özləşmə Markalar

Bu əslində çox maraqlı bir mövzudur. Belə deyək insanlar evdə futbola baxarkən həmişə nə istəyir məsələn cipsi. Cipsi ilə futbolu özləşdirdik. Sizində markanızı  Cookie markaları Milad kimi vaxtlarla özləşmək istəyirlər. Belə vəziyyətlərlə markanızı özləşdirməyə çalışırıq.
 

Simvol markalara

Bəzi markalar sırf iconları ilə bazarda danışmağı bacarırlar.Məsələn köynəyin timsahı kimi.(Lacoste)
 

Bazar lideri markaları

Demək olar ki, dünyanın hər işində ilk olan daha çox qazanır və bazarda birinci olur.
 

Fərqli hiss etdirən markalar.

Bu markalar alıcıya özünü elə təqdim edir ki, alıcı onun bütün markalardan fərqli olduğuna inanır. American Express, Chanel və Rolls Royce bu markalara əla nümunələridir.
 

Aidlik verən markalar

Bəzi markalar alıcının həyat tərzinə diqqət yetirərək onlara aidlik hissi verir. Özümüzü bu markalar ilə göstərə bilərik. 
 

Əfsanəvi markalar

Tarixdə yeri olan və serialların mövzusu olan bəzi markalar var. Bu markalara bir növü insanlar aşiq olmuşlar.Buna örnək Harley Davidson və Levi’s 501 kimi nümunələr verə bilərik.

Təklif Al

Copyright 2020, Tez-Sat Reklam Agentliyi. Bütün Hüquqlar Qorunur.