Sloqan Dizaynı

Sloqan dizaynı çox asan bir proses kimi görünsə də əslində çox çətin, məsuliyyətli və çox düşünülməyə ehtiyac duyan bir prosesdir. Sloqan dizaynı zamanı dərin bir araşdırma, planlama və düzgün strategiya lazımdır. Bu gün markanız üçün istifadə etdiyiniz sloqanı tez-tez dəyişdirə bilməzsiniz. Sloqan istehlakçı üzərində bir təsir yaratmalı, marka adınızın özünü tam ifadə edə bilmədiyi zamanlarda köməyinizə çatmalıdır. Buna görə də sloqanınız mümkün qədər qısa, anlaşılır və bir o qədər də effektiv olmalıdır.

SLOQAN NİYƏ ÖNƏMLİDİR?

Dövrümüzdə hərşeyin inkişaf etdiyi və hərşeydən bolca olduğu bu dövrdə fərqlənmək, yadda qalıcı olmaq həddən artıq çox çətindir. Sloqan yadda qalıcı olduğunda istehlakçı ilə marka arasında olan danışıq dilinə də müsbət təsir göstərir. Dünyaca məşhur marka olan Ford`un “Fərqi Hiss Et” sloqanını buna misal göstərmək olar. Fərqliliyi sevən insanlar özlərinə maşın seçimi edərkən təbbi ki, bu sloqanı xartırlayacaqlar. Bu isə markaya böyük bir üstünlük qazandırmış olur və bazarda olan rəqiblərini geridə qoyur.

UĞURLU BİR SLOQAN ÜÇÜN NƏLƏR EDİRİK?

1. Mümkün qədər qısa olmalıdır (ən çoxu 5 kəlimə)
2. İddialı sözlər axtarırıq
6. Həqiqi olmağı çox vacibdir. Nə qədər iddialı olsa da həmin markanın sözünü tuta biləcəyi sloqanın üzərində işləyirik
3. Orijinal olmağı üçün bütün rəqiblərin analizlərini edir və mümkün olduğu qədər rəqiblərin sloqanlarına bənzər sözlərdən uzaq dururuq
4. Qalıcı olması şərtdir. Çünki bir marka öz sloqanını illərlə istifadə etməlidir. Buna görə biz buna uyğun strategiyalardan istifadə edirik
5. Əlimizdən gəldiyi qədər insanların tez bir zamanda yaddaşlarına həkk olunması üçün tək cümləlik sloqanlar hazırlayırıq
7. Kampaniya halına gətirilməsi asan olmalı
8. Verəcəyimiz mesaj düzgün və asanlıqla anlaşılan olmalıdır
9. Təhqiredici, və ya neqativ mesajlar verməməsinə diqqət yetiririk
10. İki və ya çox mənalı olması üçün alternativlər axtarırıq
11. Qafiyəli olmağına diqqət yetiririk

SADƏCƏ 3 SANİYƏMİZ VAR…

Sloqanlar istehlakçıya dərindən təsir etməyi, onun ən dərin duyğularına, arzularına, hisslərinə səslənməlidir. Əgər markanızın təqdim etdiyi məhsul haqqında danışmağa saatlarınız olsaydı siz asanlıqla məhsulunuzu istehlakçılara çatdıra bilərdiniz. Lakin istehlakçıya təsir etmək üçün sadəcə 3 saniyəniz var. Bu da işi daha da çətinləşdirir.

Təklif Al

Copyright 2020, Tez-Sat Reklam Agentliyi. Bütün Hüquqlar Qorunur.