digital strategiya inkişafi

Veb Sayt Yazılımı və Dizaynı

Tez-Sat reklam agentliyi olaraq təbii ki veb sayt qurulumuda həyata keçirilir. Fəaliyyət göstərdiyimiz müddət ərzində müştərilirimizin hər 5-dən 4-ü üçün veb sayt hazırlanıb. Bildiyiniz kimi veb sayt sizin kataloqunuzdur. Markanızın haqda məlumatlar, portfoliyolar, işləriniz barədə məlumatlar və s. kimi digər özəlliklər alıcılara təqdim olunur.
*Veb sayt necə hazırlanır?*
Tez-Sat reklam agentliyi olaraq veb site hazırlanması üçün “check-list” hazırladıq. Nələr edilməlidir?

Digital Strategiya

Digital strategiya inkişafının nə qədər vacib olduğunu anlamayan markalar artıq zəmanəmizdə bazarda inkişaf edə bilməyən hətta bazarda yerini itirən markalardır. Artıq köhnə üsul marketinq üsulları istehlakçıda heç bir maraq oyandırmır. Lakin biz yeni nəsil olan Z (zed) nəslinin nümayəndələriyik. Bu nəslin nümayəndələri artıq köhnə marketinq üsullarından istifadənin tamamən mənasız olduğunu dərk edir. Biz yeniliklərə açıq və ac olduğuçuz üçün həmişə inkişaf edir və bunun nəticəsində də marketinq strategiyamızı daim inkişaf etdiririk. Lakin markanızın digital bazara daxil olması, tanınması, orada möhkəmlənməsi, inkişaf etməsi və mövqeyini hər daim sabit və ya irəliləyən tempdə saxlaması o qədər də asan deyil. Bunun üçün düzgün şəkildə digital strategiya qurmaq və inkişaf etdirmək lazımdır. Digital strategiyanız düzgün qurular və düzgün inkişaf etdirilərsə illər boyu markanızın tanınmasına şərait yaratmış olar. Digital strategiya inkişafı yeni nəsil online platformalardan yeni müştərilər qazanmağın ən mükəmməl yoludur. Digital marketinq sadəcə bir markanın sosial media hesablarının idarə edilməsi kimi bəsit bir marketinq üsulu deyil, həmin markanın digital bazarda olan bütün mövcudluğunu səqliqəli bir vəziyyətə gətirər, təmsil və idarə edər.