markami nece reklam ede bilerem

Digital Strategiya

Digital strategiya inkişafının nə qədər vacib olduğunu anlamayan markalar artıq zəmanəmizdə bazarda inkişaf edə bilməyən hətta bazarda yerini itirən markalardır. Artıq köhnə üsul marketinq üsulları istehlakçıda heç bir maraq oyandırmır. Lakin biz yeni nəsil olan Z (zed) nəslinin nümayəndələriyik. Bu nəslin nümayəndələri artıq köhnə marketinq üsullarından istifadənin tamamən mənasız olduğunu dərk edir. Biz yeniliklərə açıq və ac olduğuçuz üçün həmişə inkişaf edir və bunun nəticəsində də marketinq strategiyamızı daim inkişaf etdiririk. Lakin markanızın digital bazara daxil olması, tanınması, orada möhkəmlənməsi, inkişaf etməsi və mövqeyini hər daim sabit və ya irəliləyən tempdə saxlaması o qədər də asan deyil. Bunun üçün düzgün şəkildə digital strategiya qurmaq və inkişaf etdirmək lazımdır. Digital strategiyanız düzgün qurular və düzgün inkişaf etdirilərsə illər boyu markanızın tanınmasına şərait yaratmış olar. Digital strategiya inkişafı yeni nəsil online platformalardan yeni müştərilər qazanmağın ən mükəmməl yoludur. Digital marketinq sadəcə bir markanın sosial media hesablarının idarə edilməsi kimi bəsit bir marketinq üsulu deyil, həmin markanın digital bazarda olan bütün mövcudluğunu səqliqəli bir vəziyyətə gətirər, təmsil və idarə edər.

Reklam Kampaniyası Hazırlanması

Markaların reklamlarında istifadə olunan dizayn və yaradıcılıq bir reklam agentliyinin təməl işi olaraq qəbul ediləbilər. Reklam kampanyası dizaynı önəmlidir.

Korporativ Şəxsiyyət Dizaynı

Alıcıların sizin markada gördüyü hissə Korporativ Şəxsiyyət Dizaynıdır. Bunu markanızın gələcəyinə olunan bir yatırım kimidə görə bilərsiniz.Burada ən vacib məqam, asanlıqla başa düşülməsi, ifadəliyi, təsirliliyi, ilhamlandırıcılığı və estetikliyə sahib olması, bütövlük təşkil etməsidir. Korporativ Şəxsiyyət Dizaynı Profesyonal komanda ilə ən incə və dəqiq nöqtələrinəcən düşünülməlidir. Sadəcə logo və ya vizitkart deyil. Bunu alıcıların sizin haqda ilk və daimi düşüncəsi kimidə düşünə bilərsiniz.
İnsanların ağlında qalmaq üçün lazım olan ən vacib faktorlardan biri də Korporativ Şəxsiyyət Dizaynıdır. Vizual ünsiyyət burada vacib bir məsələdir. Həm də korporativ şəxsiyyət, sektor ehtiyaclarına görə dəyişə bilər. Belə ki, korporativ şəxsiyyət materialları market üçün fərqli, avtomobil sənayesi üçün fərqli, hər hansısa bir kurs üçün tamamən fərqlidir.

Sloqan Dizaynı

Sloqan dizaynı çox asan bir proses kimi görünsə də əslində çox çətin məsuliyyətli düzgün araşdırmaya və çox düşünülməyə ehtiyac duyan bir prosesdir.

Hekayə Hazırlanması

Artıq çox yaxşı bilirik ki, markalar məhsul deyil hekayə satırlar. Hərkəsin bir hekayəsi olduğu kimi, markaların da hekayələri var. Marka hekayəsi hazırlanması.

Marka Adı Hazırlanması

Çox yaxşı bir marka adı hazırlamaq, o markanın uğurlu bir marka olacağı anlamına gəmir. Buna görə də uğurlu bir marka adı hazırlamaq çox çətin və vacib işdir. Ətraflı bazar analizi aparılmalı və marka adının uğurlu olmağı üçün bir neçə prosesdən keçməlidir. Buna misal olaraq:
1. Qısa və yadda qalan olmalı;
2. Sloqanla uyğunlaşmalı;
3.Texnologiya və internetin dostu olmalı;
4.Kəşf edirməmiş və fərqli olmalı;
5. Gördüyünüz iş ilə bağlı istehlakçılara çağırış etsin.

Marka Yerləşdirmə

Marka yerləşdirmə hədəfləndiyiniz kütləyə digərlərindən fərqli görünmənizdir. Belə deyək bazarda olan məhsulların istehsal standartları, texnologiyaları və içindəkilər demək olar ki, eynidir.
Markanın SWOT analizi edilir və yerləşdirmə strategiyasının həyata keçirilməsinə qərar verilir. Hədəf kütlənin analizi edilir və istehlak vərdişlər incələnir.