Digital Strategiya

Digital strategiya inkişafının nə qədər vacib olduğunu anlamayan markalar artıq zəmanəmizdə bazarda inkişaf edə bilməyən və hətta bazarda öz yerini itirən markalardır. Artıq köhnə üsul marketinq üsulları istehlakçıda heç bir maraq oyandırmır. Lakin biz yeni nəsil olan Z (zed) nəslinin nümayəndələriyik. Bu nəslin nümayəndələri artıq köhnə marketinq üsullarından istifadənin tamamən mənasız olduğunu dərk edir. Biz yeniliklərə açıq və ac olduğuçuz üçün həmişə inkişaf edir və bunun nəticəsində də marketinq strategiyamızı daim inkişaf etdiririk. Lakin markanızın digital bazara daxil olması, tanınması, orada möhkəmlənməsi, inkişaf etməsi və mövqeyini hər daim sabit və ya irəliləyən tempdə saxlaması o qədər də asan deyil. Bunun üçün düzgün şəkildə digital strategiya qurmaq və inkişaf etdirmək lazımdır. Digital strategiyanız düzgün qurular və düzgün inkişaf etdirilərsə illər boyu markanızın tanınmasına şərait yaratmış olar. Digital strategiya inkişafı yeni nəsil online platformalardan yeni müştərilər qazanmağın ən mükəmməl yoludur. Digital marketinq sadəcə bir markanın sosial media hesablarının idarə edilməsi kimi bəsit bir marketinq üsulu deyil, həmin markanın digital bazarda olan bütün mövcudluğunu səqliqəli bir vəziyyətə gətirər, təmsil və idarə edər.

DİGİTAL BAZARA XƏRCLƏNƏN BÜTÇƏLƏR GÜNÜ-GÜNDƏN ARTIR

Dünyanın ən hegemon dövlətləri olan ABŞ və İngiltərə başda olmaqla bir çox dövlətlərin markalarının digital marketinqə ayırdıqları büdcə 100 milyard dolları keçdi. İngiltərə və ABŞ şirkətləri büdcələrinin 25% – ni digital marketinq strategiyalarının inkişafına ayırırlar.

İŞİMİZ NƏDİR?

  • Optimal səviyyədə bir kampaniya hazırlamaq üçün düzgün və uyğunlaşmış hədəfləmə (targeting) edirik
  • Gələn nəticələri dəyərləndiririk
  • Bütün rəqiblərimizin strateji mövqelərini müəyyənləşdirərək öz strategiyamızı yaradarıq
  • Günlük və ya həftəlik fəaliyyət statistikaları hazırlayaraq kampaniya performansları və marka inkişafı haqqında hesabat hazırlayırıq
  • Bazarda uzunmüddətli qala biləcək strategiyalar hazırlayırıq

Bütün bunlardan sonra digital strategiyanız reklam kampaniyası ilə birləşərək hazır hala gətirilir.

HƏR İŞİN ÖZ MÜTƏXƏSSİSİ VAR…

Digital Marketinq Strategiyasından istifadə edərkən bunun çox peşəkar bir komanda tərəfindən edilməsinə mütləq diqqət yetirin. Çünki yaradılacaq reklam kampaniyalarının necə hədəflənməsi, hansı məcralarda olması kimi bir çox vacib qərarların düzgün şəkildə verilməsi markanız üçün çox vacib amillərdir. Hər işin öz mütəxəssisi olduğu kimi bu işin də mütəxəssisləri Tez-Sat komandasında yer almaqdadır.Hər zaman Digital Marketinq Strategiyanızın düzgün şəkildə qurulması sizi rəqiblərinizdən 1-0 öndə tutacaq.

Təklif Al

Copyright 2020, Tez-Sat Reklam Agentliyi. Bütün Hüquqlar Qorunur.